01:02 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
DÜNYA
Qısa URL
233 0 0

Türkiyə Qüdsdəki hadisələrlə bağlı İordaniya ilə əməkdaşlıq edir

BAKI, 21 avqust — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İordaniya səfəri öncəsi İstanbul Atatürk hava limanında jurnalistlərin suallarını cavablandırıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, prezident, Qüdsdəki hadisələrlə bağlı Türkiyənin İordaniya ilə əməkdaşlıq etdiyini bildirib.

"Ölkəmiz, İordaniyanın Qüdsdəki müqəddəs məkanları qorumasına dair roluna böyük əhəmiyyət verir. Müsəlmanların ilk qibləgahı olan Əl-Əqsa məscidində baş verən xoşagəlməz hadisələrlə bağlı İordaniya ilə dialoq qurduq. Buna bənzər hücumların və hüquq pozuntularının baş verməsini əsla istəmirik. Bunun üçün də müsəlmanların Qüds məsələsində tam bir həmrəylik içində olması lazımdır" – Ərdoğan deyib.

 

Əlaqədar

Avropadan Ərdoğana hədə: İşimizə qarışsan...
Ərdoğanın Merkeli devirmək planının üstü açıldı
Ərdoğan İrana hansı mesajı aparır?
Çinlilər Ərdoğanın sözü ilə Türkiyəyə axın etdilər
Ərdoğanın oğlu Atatürk liseyini dini məktəbə çevirdi
Teqlər:
açıqlama, Əl-Əqsa məscidi, Ərdoğan, Qüds, İordaniya, Türkiyə

Əsas mövzular