Məhkəmədən ağılasığmaz tualet qərarı

© pixabay / qimonoMəhkəmə çəkici
Məhkəmə çəkici - Sputnik Azərbaycan
Abunə olmaq
Ərini "tualet" üstündə məhkəməyə verdi və boşandı

BAKI, 21 avqust — Sputnik. Hindistanın Rajastan əyalətində diqqət çəkən məhkəmə prosesi keçirilib. Sputnik xəbər verir ki, bir nəfər qadın həyat yoldaşını, evdə tualet tikdirmədiyi üçün məhkəməyə verib. O, məhz bu səbəbə görə ərindən boşanmaq istədiyini məhkəməyə bildirib. Məhkəmə qadının şikayətini haqlı hesab edərək, cütlüyü boşayıb.

"Evdə ayaqyolu olmaması, bir növ işgəncədir. Bu, həm də ictimai yerlərin çirklənməsinə səbəb olar" — hakim qeyd edib.

BMT-nin məlumatına görə, Hindistan dünyada yeganə ölkədir ki, əhalinin yarısının evində tualet yoxdur. Hökumət 2019-cu ilə qədər hər evdə tualet tikdirməyi planlaşdırsa da, buddist hindlilərin çoxu buna qarşı çıxır. Onlar öz təbii ehtiyaclarını açıq sahələrdə qarşılamağı üstün sayırlar.

Xəbər lenti
0