20:04 17 İyun 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9164
İranla müharibədə həlak olmuş əsgərin anası Səddam Hüseyni öpür, 10 noyabr 1980-ci il

Ərəb körfəzinin ən qanlı müharibəsi

AP Photo
DÜNYA
Qısa URL
149 0 0

1980-1988-ci illəri əhatə edən müharibə hər iki tərəf üçün uğursuz olub, çoxlu sayda insan və maddi itkilərlə nəticələnib

BAKI, 20 avqust — Sputnik. İran-İraq müharibəsi (İranda "Müqəddəs müdafiə" (دفاع مقدس, Defae-moqaddas), (İraqda isə "Səddam Qədisiyəsi" (قادسيّة صدّام, Qədisiyyat Səddam) adı ilə tanınır) — İran və İraq arasında strateji cəhətdən vacib olan Fars körfəzi və Şəttül-Ərəb çayı üzərində üstünlüyü ələ keçirmək uğrunda 1980-1988-ci illəri əhatə edən müharibə. Müharibə hər iki tərəf üçün uğursuz olub, çoxlu sayda insan və maddi itkilərlə nəticələnib.

Müharibə 22 sentyabr 1980-ci ildə İraq ordusunun İranın Xuzistan əyalətinə hücum etməsi ilə başlayıb. Müharibənin ilk dövründə iraqlıların qazandığı uğurların qarşısı tezliklə İran ordusu tərəfindən alınıb və 1982-ci ilin iyun ayınadək İran öz işğal olunmuş torpaqlarını İraqdan geri ala bilmişdi. Bundan sonrakı 6 ildə İran daha çox hücum əməliyyatları həyata keçirməyə başlamışdı. Müharibə 20 avqust 1988-ci ildə bağlanmış atəşkəslə başa çatmış və hər iki dövlət öz sərhədlərini müharibədən əvvəlki vəziyyətə qaytarmışdı.

Rəsmi məlumata əsasən, İranın 188 015 əsgər, könüllü və mülki şəxsi öldürülüb. Əslində 800 000 nəfərin öldüyü güman edilir. İqtisadi itki — 500 milyard ABŞ dollarından artıq.

İraq 250 000-500 000 əsgər, könüllü və mülki şəxs itirib. İqtisadi itki — 500 milyard ABŞ dolları.

Əlaqədar

İraq ordusu Mosulda tarix yazmaq üzrədir
İraq ordusu Mosula daxil oldu
İranla sərhəddə hasar çəkilir
İrandan ağır cavab zərbəsi: 65 nəfər məhv edildi
Teqlər:
müharibə, itki, İraq, İran

Əsas mövzular