Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Barselona terrorunun qəhrəmanı bir türk oldu

© AFP 2023 / JAVIER SORIANO Barseolanada terror aktı, 18 avqust 2017-ci il
Barseolanada terror aktı, 18 avqust 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün bütün İspaniya özünü itirmədən onlarla insanın həyatını xilas edən türk iş adamından danışır

BAKI, 18 avqust — Sputnik. İspaniyanın Barselona şəhərində ötən gün baş verən terror hücumunda 12 nəfər həyatını itirib, 80 nəfərsə yaralanıb. Terror hücumu zamanı ən dəhşətli anların türk restoranı Luna De İstanbul-da yaşandığı məlum olub.

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, həmin restoranın sahibi, 27 yaşlı Ercan Can yaşadıqları qorxulu dəqiqələr barədə mediaya danışıb.

İspanya o Türk'ü konuşuyor! Teröristleri içeri sokmadı

"İş yerində gündəlik işlərimizlə məşğul olarkən gurultulu səs eşitdik. Bir kiçik yük maşınının yan tərəfdəki divara çırpıldığını gördüm. Bu zaman insanların panika içində qaçışdığının şahid oldum. Əvvəl nə baş verdiyini anlamadım. Amma küçədəki bir çox insanın restoranın qapısına doğru qaçdığının və panika içində içəriyə daxil olduğunu görəndə, nəsə qorxulu bir şeyin baş verdiyini anladım. Dərhal içəridəki insanların və işçilərin həyatını xilas etmək refleksi ilə qapını bağladım. Həmin vaxt içəri girməyə cəhd edən iki terrorçu bayırda qaldı. Əgər qapını bağlamasaydım, içəri girəcəkdilər. Hadisənin şahidi olan tanışlarımın dediyinə görə, içəri girə bilməyən iki terrorçu binaya daxil olaraq yuxarı qalxıblar. Ondan sonra nə baş verdiyi məlum deyil" — deyə restoranın sahibi bildirib.

On bir il əvvəl Diyarbəkirdən Barselonaya gedərək restoran açan Ercan Can daha sonra baş verənlərdən danışarkən deyib:

"Hadisədən dərhal sonra polislər gəldi. Ətrafda çoxlu yaralı vardı. Yaralıları dərhal restorana gətirdik. Sonra polis ətrafda təhlükəsizlik tədbirlərini gücləndirdi. Hər tərəfi tutdu. Təcili tibbi yardım maşınları gəldi və restorandakı yaralıları apardı. Saatlarla vaxt keçməsinə baxmayaraq, polislər restoranda dayanmışdılar. Biz də ortalığı səliqəyə salmağa çalışdıq. Terrorçuların qaçdığı deyilir. İddiaya görə, onlar binanın yuxarı mərtəbəsinə çıxaraq damdan qaçıblar".

Bu gün bütün İspaniya özünü itirmədən onlarla insanın həyatını xilas edən türk iş adamından danışır. Ehtimal ki, silahlı terrorçular içəri daxil olsaydılar, restoranda sağ adam buraxmayacaqdılar, yaxud da onları girov götürərək daha ağır fəsadların yaranmasına səbəb olacaqdılar.

Xəbər lenti
0