Saakaşvilini Ukraynada sürpriz gözləyir

© AFP 2023 / JANEK SKARZYNSKI Бывший президент Грузии Михаил Саакашвили в Варшаве, 6 августа 2017 года
Бывший президент Грузии Михаил Саакашвили в Варшаве, 6 августа 2017 года - Sputnik Azərbaycan
Abunə olmaq
Ötən ay Ukrayna prezidenti Pyotr Poroşenko Saakaşvilini vətəndaşlıqdan məhrum edib

BAKI, 17 avqust — Sputnik. "Bizim sərhədçilərimiz cənab Saakaşvilini etibarsız pasportla ölkəyə buraxmayacaq".

Sputnik Azərbaycan "Vesti Ukrayna"-ya istinadən xəbər verir ki, bu barədə açıqlamanı Ukrayna Sərhəd Xidmətinin sözçüsü Oleq Slobodyan verib.

"Dünyanın bütün ölkələrində etibarsız pasportlar müsadirə edilir, həmin şəxs isə ölkə ərazisinə buraxılmır. Saakaşvili gəldiyi yerə geri dönməlidir" — Slobodyan bildirib.

İki gün əvvəl Ukraynanın Odessa vilayətinin keçmiş rəhbəri Mixail Saakaşvili sentyabrın 10-da Ukraynaya qayıdacağını söyləyib.

Xatırladaq ki, ötən ay Ukrayna prezidenti Pyotr Poroşenko Saakaşvilini vətəndaşlıqdan məhrum edib.

Xəbər lenti
0