SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan İrana hansı mesajı aparır?

© Photo : Murat Cetinmuhurdar/Presidential Palace/Handout via REUTERSTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Tehranda Türkiyə XİN rəhbərinin müavini Ümit Yalçınla görüşən Rəhimpur deyib ki, iki ölkə arasında ticarət dövriyyəsini 30 milyard dollar səviyyəsinə çatdırmaq üçün əməkdaşlıq vacibdir

BAKI, 16 avqust — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın günlərdə İrana səfər edəcək.

Sputnik Azərbaycan "Mehr"ə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin Asiya və Okeaniya ölkələri üzrə idarəsinin rəisi İbrahim Rəhimpur bildirib.

Paytaxt Tehranda Türkiyə XİN rəhbərinin müavini Ümit Yalçınla görüşən Rəhimpur deyib ki, iki ölkə arasında ticarət dövriyyəsini 30 milyard dollar səviyyəsinə çatdırmaq üçün siyasi, ticarət və iqtisadi sahələrdə bütün məsul şəxslərin əməkdaşlıq etməsi vacibdir.

Xəbər lenti
0