Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rus generaldan Türkiyəyə sürpriz səfər: amerikalılara qarşı birgə addım atılır

© Photo : CNN TürkRusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov Türkiyəyə səfər edib
Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimov Türkiyəyə səfər edib - Sputnik Azərbaycan
Abunə olmaq
Çavuşoğlu: "Rusiya, Türkiyəni ABŞ-dan daha yaxşı başa düşür"

BAKI, 16 avqust — Sputnik. Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu, Rusiyanın baş qərargah rəisi Valeri Gerasimovun İdlibdəki vəziyyəti müzakirə etmək üçün Türkiyəyə gələcəyini açıqlayıb.

Sputnik Türkiyə xəbər verir ki, Çavuşoğlu "Rusiya, Türkiyənin YPG ilə bağlı mövqeyini ABŞ-dan daha yaxşı başa düşür" deyib.

Çavuşoğlu İraq Kürdüstan Regional Rəhbərliyinin referendum qərarından imtina edəcəyini gözlədiklərini deyib. 

Suriyada döyüşlər, arxiv şəkli - Sputnik Azərbaycan
TƏHLİL
Müharibə Suriya üzərindən başqa bir ölkəyə daşına bilər

"Ölkə (İraq) bu qədər problem yaşayarkən müstəqillik referendumu keçirmək ölkədəki vəziyyəti daha da gərginləşdirə bilər. Allah qorusun, vətəndaş müharibəsinə qədər gedib çıxa bilər" — deyə TRT Haber-ə müsahibəsində xarici işlər naziri bildirib.

O, ABŞ-ın hər ay YPG-yə nə qədər silah verdiyi barədə raportu onlara göndərdiyini söyləyib.

"Sonuncu dəfə üçüncü raportu göndərdilər. Zirehli texnika və buldozer verdiklərini, silah vermədiklərini yazıblar" — deyə Çavuşoğlu bildirib.

Nazir deyib ki, koalisiya qüvvələri Telafər əməliyyatından sonra buranı türkmənlərə verməlidir.

Xəbər lenti
0