03:57 19 Oktyabr 2017
Canlı yayım
Флаг НАТО перед штаб-квартирой Альянса в Брюсселе, фото из архива

Müdafiə naziri: "NATO-ya üzv olmaq niyyətində deyilik"

© REUTERS/ Yves Herman
DÜNYA
Qısa URL
29 0 0

"Biz həmişə NATO-dakı tərəfdaşlarımıza bəyan edirik ki, hərbi neytrallığımızı saxlayırıq və NATO-ya üzv olmaq istəyimiz yoxdur"

BAKI, 12 avqust — Sputnik. Serbiya NATO-ya üzv olmaq niyyətində deyil və Alyansdan, eləcə də digər tərəfdaşlardan onun neytral statusuna hörmət etməsini xahiş edir.

Bu fikri RİA Novosti-yə müsahibəsində Serbiyanın müdafiə naziri Aleksandr Vulin bildirib.

“Biz təbii ki, “Sülh naminə tərəfdaşlıq” çərçivəsində NATO ilə əməkdaşlıq edirik və bundan razıyıq. Biz həmişə NATO-dakı tərəfdaşlarımıza bəyan edirik ki, hərbi neytrallığımızı saxlayırıq və NATO-ya üzv olmaq istəyimiz yoxdur. Bu, bizim qəti mövqeyimizdir” — deyə nazir qeyd edib.

Nazir əlavə edib ki, Serbiya tərəfdaşlarından — Rusiyadan, ABŞ-dan, NATO-dan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından onun bu qərarına hörmət etməsini gözləyir.

Əsas mövzular