21:36 23 Avqust 2017
Canlı yayım
Türkiyədə təcili yardım

Uşaqlarınızı bu istirahət mərkəzlərinə aparmayın: 500-dək insan qorxunc virusa yoluxub

© AZƏRTAC
DÜNYA
Qısa URL
95 0 0

Yoluxma halları Sid, Alanya, Belek, Kəmər və digər şəhərlərdəki otellərdə qeydə alınıb

BAKI, 11 avqust — Sputnik. Rusiyanın İstehlakçıların hüquqlarının qorunması üzrə federal xidməti "Rospotrebnadzor" Türkiyədə dincələn rusiyalı turistlərdən 500-dən artıq sağlamlıqla bağlı şikayət müraciəti alıb. Bu barədə qurumun saytında məlumat verilir.

Məsələ ciddiləşdiyinə görə "Rospotrebnadzor" xüsusi qaynar xətt istifadəyə verib.

"Yoluxma halları Sid, Alanya, Belek, Kəmər və digər şəhərlərdəki otellərdə qeydə alınıb. Virusa yoluxanların əksəriyyəti 14 yaşınadək uşaqlardır" — saytda bildirilir.

Qurum həmçinin turistlər üçün xüsusi qaydalar da işləyib hazırlayıb. Həmin qaydalarda yalnız qaynadılmış və yaxud qablaşdırılmış sulardan içmək, gigiyenik qaydalara tam əməl etmək, uşaqları hovuzlara və digər uşaqlarla oynamağa buraxmamaq, ilk simptomlar əmələ gəldikdə dərhal həkimə müraciət etmək və s. tövsiyyə olunur.

Əsas mövzular