04:00 19 Oktyabr 2017
Canlı yayım
Renat Bakiyev

Türkiyədə həbs olunan rus vətəndaşına cəza verildi

© Foto: Milliyet.com.tr
DÜNYA
Qısa URL
20 0 0

23 yaşlı Renat Bakiyev İŞİD terror qruplaşmasının üzvüdür

BAKI, 11 avqust — Sputnik. Türkiyənin Adana vilayətindəki "İncirlik" hərbi bazasında ABŞ təyyarəsini dronla vurmaq istəyən rus vətəndaşı Renat Bakiyevə 6 il 3 ay həbs cəzası verilib. Sputnik Azərbaycan bu barədə "Milliyet"-ə istinadən xəbər verir.

23 yaşlı Renat Bakiyev İŞİD terror qruplaşmasının üzvüdür. Türkiyə mətbuatının məlumatına əsasən, terrorçu aksiyanı həyata keçirməklə Türkiyə ilə ABŞ-ın əlaqələrinə zərbə vurmaq niyyətində olub. Onun FETÖ terror təşkilatına bağlı qruplarla sıx təmasda olduğu, onların toplantılarında fəal iştirak etdiyi ortaya çıxıb. Türk şərhçilər Bakiyevin terror aksiyası ilə 2015-ci ilin noyabrındakı hadisələri təkrarlamaq istədiyini düşünürlər. Həmin dövrdə rus təyyarəsi FETÖ-yə bağlı türk pilotlar tərəfindən vurulmuşdu və Rusiya-Türkiyə münasibətlərində dərin bir uçurum əmələ gəlmişdi. Bu dəfə hədəf Türkiyə-ABŞ əlaqələri olub. Onların fikrincə, hadisəni törədənin Rusiya mənşəli olması isə eyni zamanda ikinci Rusiya-Türkiyə münaqişəsinin planlaşdırıldığını göstərir.

Əsas mövzular