Alman markalı dizel avtomobili olanlara şad xəbər

© Sputnik / Murad OrujovАзербайджанские манаты разного номинала
Азербайджанские манаты разного номинала - Sputnik Azərbaycan
Abunə olmaq
Avtomobil konsernindən şok güzəşt

BAKI, 11 avqust — Sputnik. Alman konserni Volkswagen Euro-4 sinif avtomobillərin sürücülərinə köhnə avtomobillərini yenisi ilə əvəz etmək üçün 5 min avro dəyərində güzəşt etmək niyyətindədir.

Qeyd edək ki, bir qədər əvvəl Berlində "dizel sammiti" keçirilib. Sammitdə Almaniyanın nəqliyyat naziri Aleksandr Dobrindt dizel avtomobillərini Euro-4 sinif avtomobilləri və yeni ekoloji standartlara uyğun olan digər yeni maşınlarla əvəz etməyin vacibliyinə diqqət çəkib.

O qeyd edib ki, bunun üçün hər bir konsern öz təbliğat-təşviqat işini elə qurmalıdır ki, bu, alman sürücülərə öz köhnə dizel avtomobillərini yeniləri ilə əvəz etməyə cəlb edə bilsin. Ümumilikdə Almaniyada mübadilə ediləcək təxminən 5,3 milyon avtomobil var.

Volkswagen-in konsernin ehtiyat bonusları hesabına vəsait toplayacağı məlumdur. Yeri gəlmişkən, Porsche və Audi artıq bazara analoji proqramla daxil olublar.

Artıq avtomobil bazarında ənənəvi motorlar dövrü öz yerini elektrikli motorlara verməyə başlayıb. Bu yaxınlarda alman avtomobil şirkəti "Porsche"nin icraçı direktoru Oliver Blume yeni istehsal etməyə başladığı dizel modellərinin son olacağını bəyan etmişdi.

Bir qədər əvvəl "Volvo" şirkəti də 2019-cu ildən etibarən ancaq elektromobil istehsal edəcəyini bildirib. İyul ayında da "Mercedes" şirkəti 2 mln. ədədə yaxın istismarda olan dizel motorlu avtomobilini zərərli tullantı norması yüksək olduğu üçün geri çağırmışdı. Şirkət zərərli tullantıların normasını azaltmaq üçün 220 mln. avro (253 mln. ABŞ dolları) xərcləyəcəyini bildirib.

Xatırladaq ki, belə bir problem 2015-ci ildə Almaniyanın "Volkswagen" şirkətində də yaşanmışdı. O zaman şirkət 4,3 mlrd. dollar cərimə olunub.

Xəbər lenti
0