İranla sərhəddə hasar çəkilir

© milnavigator.comСтена на границе
Стена на границе - Sputnik Azərbaycan
Abunə olmaq
İrandan gələ biləcək təhlükələrin qarşısını almaq üçün 144 kilometr uzunluğunda divarlar tikilir

BAKI, 8 avqust — Sputnik. İran və Türkiyə arasındakı sərhəd xətti boyunca 2 metr eni, 3 metr hündürlüyü olan 7 ton ağırlığında səyyar blokların yerləşdirilməsinə başlanılıb.

Sputnik Türkiyə-nin məlumatına görə, İranla sərhəddə təhlükəsizlik divarlarının çəkilməsinə Ağrı valisi Süleyman Elban aydınlıq gətirib.

Polis İdarəsinin rəisi Kenan Yıldız və bölgənin jandarm rəhbəri Albay Gökhan Şahinlə birlikdə İran sərhəddinə gedən Süleyman Elban, Milli Müdafiə Nazirliyi tərəfindən TOKİ-yə (Toplu Konut İdaresi Başkanlığı) tikdirilən Ağrı sərhəddindəki təhlükəsizlik divarının inşa olunduğu bölgə ilə tanış olub.

Divarın tikintisi ilə məşğul olan məsul şəxslərlə görüşərək tikinti işlənin gedişi barədə məlumat alan Elban, sonra sərhəddə xidmət edən 4-cü Hüdud Tabor Komandanlığını ziyarət edib. 

Sərhəd - Sputnik Azərbaycan
HADİSƏ
"Dayan" çağırışına məhəl qoymayan sərhəd pozucusu vuruldu

Elban, komandanlığın şərəf dəftərini imzalayaraq sərhəddə xidmət edən əsgərlərlə birlikdə nahar edib.

TOKİ-nin sədri Ergün Turan bildirib ki, Iğdır və Ağrı bölgələrində ümumi uzunluğu 144 kilometr olan sərhəd divarı inşa ediləcək. Divarın qalınlığı 30 sm-dir. 1 metrlik fundamenti ilə birlikdə divarın hündürlüyü 4 metr olacaq. Onun üzərində isə metal məftil quraşdırılacaq. Sərhəd divarı boyunca 15 güllə keçirməyən qapılar qoyulacaq.

Divarın tikilməsində məqsəd İrandan gələ biləcək təhlükələrin qarşısını daha effektiv şəkildə almaq və sərhəddin təhlükəsizliyini yüksək səviyyədə təmin etməkdir.

Bundan əvvəl isə, Türkiyə Suriya ilə sərhəddə divarların inşasına başlamışdı. Divarların inşası Türkiyə tərəfindən maliyyələşdirilir və onun inşasını türk şirkətləri həyata keçirir.

Xəbər lenti
0