SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türk nazir vətəndaşlıqdan çıxır

© AFP 2023 / VIRGINIE LEFOUR / BELGA Zuhal Demir
Zuhal Demir - Sputnik Azərbaycan
Abunə olmaq
Belçikada dövlət naziri olan Zuhal Demir Türkiyə vətəndaşlığından ayrılacağını açıqlayıb

BAKI, 5 avqust — Sputnik. Belçika hökumətində bərabərlikdən məsul dövlət naziri Zuhal Demir Türkiyə vətəndaşlığından çıxmaq üçün hərəkətə keçib.

Sputnik Azərbaycan "Haberturk"ə istinadla xəbər verir ki, Belçika hökumətində bərabərlikdən məsul dövlət naziri olan irqçi "N-VA" partiyasının üzvü Zuhal Demir bununla bağlı açıqlama verib.

O, deyib ki, "Türkiyə mənim üçün ən yaxşı tətil ölkəsi olaraq qalacaq, lakin, Türkiyə vətəndaşlığı mənim üçün artıq uyğun olmaqdan çıxdı".

1980-ci il martın 2-də Belçika doğulan Zuhal Demir vəkil diplomuna sahibdir və irqçi "Flaman" partiyasının üzvüdür. 24 fevral 2017-ci il tarixindən bəri Belçika hökumətində bərabərlikdən məsul dövlət naziri olaraq vəzifə yerinə yetirir.

Xəbər lenti
0