Eks-prezident haqqında şok iddia: həbs oluna bilər

© AFP 2023 / Valery HACHENikola Sarkozi
Nikola Sarkozi - Sputnik Azərbaycan
Abunə olmaq
Keçmiş dövlət başçısının barəsində cinayət işi açılıb

BAKI, 4 avqust — Sputnik. Fransa prokurorluğu sabiq prezident Nikola Sarkozi haqqında istintaq işi başladıb. Sputnik Azərbaycan "Telegraph"-a istinadən xəbər verir ki, Sarkozi Qətər fondlarından külli miqdarda pul almaqda şübhəli bilinir.

Eks-prezident pul qarşılığında 2022-ci il futbol üzrə dünya kubokunun ev sahibliyi hüququnun Qətərə verilməsinə yardım edib. Sarkozi, həmçinin Fransanın “Veoliai” şirkətində pay sahibi olmaq istəyən “Qatari Diar” şirkətinə də kömək edib.

Əgər iddialar təsdiqlənərsə, keçmiş dövlət başçısı həbs oluna bilər.

Xəbər lenti
0