"Minlərlə amerikalı öz torpaqlarında yox, Koreyada öləcək"

© AP Photo / The South Korean Defense MinistryCənubi Koreya və ABŞ-ın birgə hərbi təlimi
Cənubi Koreya və ABŞ-ın birgə hərbi təlimi - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-dan dünyanı silkələyəcək açıqlama: "Müharibə olacaq"

BAKI, 2 avqust — Sputnik. "Əgər minlərlə əsgərimiz öləcəksə, onlar Amerikada yox, Koreyada öləcəklər. Tramp bunu mənim üzümə söylədi". Sputnik Azərbaycan NBC-yə istinadən xəbər verir ki, bu sözləri respublikaçı senator Lindsi Qrem telekanala müsahibəsində deyib.

"Prezident Tramp Şimali Koreyanın raket və nüvə proqramının hərbi yolla həllinə hazırdır. O, imkan verməyəcək ki, Şimali Koreya ABŞ-a çata bilən və nüvə başlığı daşıyan ballistik raketə sahib olsun" — Qrem bildirib.

"Əgər Kim Çen Inı dayandırmaq üçün müharibə lazım gələcəksə, deməli, müharibə olacaq. Əgər minlərlə ölən olacaqsa, onlar orada öləcəklər, Amerikada yox. Tramp bunu mənim düz üzümə söylədi", – senator əlaə edib.

Qeyd edək ki, Şimali Koreya son zamanlar ardıcıl olaraq ballistik raket sınaqları keçirir. Pxenyan bəyan edib ki, "Xvason-14" adlı raketin sınağı uğurla keçib və həmin raket Amerika ərazisinə qədər məsafəni qət edə bilir.

Xəbər lenti
0