02:09 29 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
297 0 0

"Mən Amerikada olarkən, barəmdə gizli qərar qəbul edilib"

BAKI, 27 iyul — Sputnik. "Mən 13 ilə yaxındır ki, Ukraynanın siyasi həyatında iştirak edirəm. Ukrayna vətəndaşıyam. Heç kim məni vətəndaşlıqdan məhrum edə bilməyəcək".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili özünün "Facebook" səhifəsində yazıb. "Ölkədə olmadığımdan istifadə edib, məni qaçqın statusu almağa vadar etmək istəyirlər. Bu, baş tutmayacaq" — Saakaşvili qeyd edib.

Eks-qubernator, qanunda nəzərdə tutulan imkanlardan istifadə edərək Ukraynaya geri qayıdacağını deyib: "Dövlət başçısı Poroşenko qərarı xəlvətcə, mən Amerikada olarkən qəbul edib. Mən Ali Radada oturan deputatlardan daha çox ukraynalıyam. Mən bu ölkəni səmimi qəlbdən sevirəm və mübarizəmi davam etdirəcəyəm".

Qeyd edək ki, dünən Ukrayna prezidenti Pyotr Poroşenko M. Saakaşvilinin vətəndaşlıqdan məhrum edilməsi ilə bağlı fərman imzalayıb. Məlumata əsasən, Saakaşvili Ukrayna vətəndaşlığını alan zaman sənədləri doldurarkən Ukrayna və onun hüdudlarında istintaq altında olmadığını qeyd edib, lakin o zaman Gürcüstan ərazisində onun qiyabi həbsinə qərar verilibmiş.

Əlaqədar

Saakaşvili yenə hər kəsi heyrətləndirdi
Putin yenidən Saakaşvilini ələ saldı
Saakaşvilinin gözlənilməz istefasının arxasındakı siyasi kombinasiya
Mixail Saakaşvili istefa verdi
Mixail Saakaşvili: "İndi Azərbaycan bizim haqqımızda nə düşünməlidir?"
"SOCAR Georgia"nın səhmlərinin 49%-i Mixali Saakaşvilinin xanımına məxsusdur?
Mixail Saakaşvili Ukraynanın hərbi sirrlərini yaydı
Teqlər:
Pyotr Poroşenko, Gürcüstan, vətəndaş, Ukrayna

Əsas mövzular