07:56 19 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0231
  • EUR2.0516
DÜNYA
Qısa URL
123710

"Əl-Əqsa məscidini qorumaq imkan yox, iman məsələsidir"

BAKI, 25 iyul — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünya müsəlmanlarına səslənərək, onlardan Qüdsü ziyarət etməsini, Əl-Əqsa məscidinə getməsini istəyib. Sputnik Azərbaycan bu barədə "Timerturk"-ə istinadən xəbər verir.

Əl-Əqsa məscidində quraşdırdığı metal axtaran qurğuları sökməyə başlayıb
© REUTERS / Ammar Awad

"Bu gün müqəddəs şəhər Qüdsdə və ilk qibləgahımız olan Əl-Əqsa məscidində İsrail özbaşınalığı varsa, oradakı fələstinli qardaşlarımızın ibadətlərinə əngəl törədilirsə, bu, dünya müsəlmanlarının laqeydliyinə görədir. Əl-Əqsa məscidini qorumaq imkan yox, iman məsələsidir" — Ərdoğan bildirib.

Onun sözlərinə görə, əgər İsrail əlindəki silahlara arxalanaraq bu cür üsullara əl atırsa, səhvə yol verir: "Fələstinli və digər millətlərdən olan qardaşlarımız ayaqda durduqlarını bütün dünyaya sübut etdilər. Mən də buradan bütün vətəndaşlarıma və bütün müsəlmanlara müraciət edirəm: "İmkanı olan hər kəs, lütfən Qüdsü və Əl-Əqsa məscidini ziyarət etsin. Gedə bilməyənlər də oradakı qardaşlarımıza kömək göndərsinlər. Bizlər ora nə qədər çox sahib çıxsaq, gözlərini ora dikmiş olanların işləri də o qədər çətinləşər".

Ərdoğan, Fələstin-İsrail problemində yeganə həll yolunun, 1967-ci il sərhədləri çərçivəsində, paytaxtı şərqi-Qüds olan Fələstin və paytaxtı Təl-Əviv olan İsrail dövlətlərinin qurulmasından keçdiyini bildirib.

Əlaqədar

ABŞ İsraildəki səfirliyini Qüdsə köçürəcək, amma...
Trampdan Qüds açıqlaması
Avropadan ABŞ-a Qüds xəbərdarlığı
Netanyahu: Qüdsdəki terror aktını İŞİD tərəfdarı törədib
Teqlər:
Əl-Əqsa məscidi, Qüds, Rəcəb Tayyib Ərdoğan, Türkiyə, prezident

Əsas mövzular