09:08 30 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
31 0 0

"Qüds qırmızı xəttimizdir"

BAKI, 24 iyul — Sputnik. İsrail polisi və əsgərlərinin Qüds və Əl-Əqsa məscidində törətdiyi qanunsuzluq Ərəb Birliyi təşkilatını hərəkətə keçirib. Sputnik xəbər verir ki, birlik məsələni müzakirə etmək və atılacaq addımları dəyərləndirmək üçün təcili iclas çağırıb.

Təcili yığıncaqla bağlı təklif İordaniyadan gəlib. Ərəb Birliyinin Baş katibi Əhməd Əbu Qayt, İsrailin illərlə davam etdirdiyi Qüds və Əl-Əqsa məscidinə qarşı addımlarını pisləyib.

"Qüds qırmızı xəttimizdir. Ərəb və müsəlmanlar ona zərər gəlməsini heç vaxt qəbul etməyəcək. İsrail hökuməti odla oynayır. İsrail İslam və ərəb aləmində böyük bir böhranın ocağını alovlandırır" — Əbu Qayt bildirib.

Qeyd edək ki, İsrailin müqəddəs şəhər Qüdsdə və Əl Əqsa məscidində törətdiyi təxribatlar müsəlman ölkələrində kütləvi etirazlara səbəb olub.

Əsas mövzular