Fələstindən Avropa İttifaqına təcili çağırış

© AP Photo / Majdi MohammedFələstinin Baş naziri Rami əl-Hamdallah
Fələstinin Baş naziri Rami əl-Hamdallah - Sputnik Azərbaycan
Abunə olmaq
Başda Türkiyə olmaqla, dünya ölkələrinin sərt reaksiyası ilə qarşılanan İsrail hökuməti bu gün səhərdən etibarən qadağanı az da olsa yumuşaldıb

BAKI, 20 iyul — Sputnik. Fələstinin Baş naziri Rami əl-Hamdallah, İsrailə təzyiq göstərməsi üçün Avropa İttifaqına çağırış edib. Sputnik Azərbaycan bu barədə "Timeturk"ə istinadən xəbər verir.

"Fələstinli müsəlmanlara və müqəddəs məkanlara qarşı çirkin fəaliyyətlərinə görə İsrailə təzyiqlər edilməlidir. Başda Avropa İttifaqı olmaqla, bütün dünya təcili hərəkətə keçməlidir" — Hamdallah qeyd edib.

Baş nazir bildirib ki, Əl Əqsa məscidinin mövcud statusunu dəyişdirmək cəhdləri və Qüds müsəlmanlarına qarşı qeyri-insani davranışlar, təhlükəli nöqtəyə doğru irəliləməkdədir.

Xatırladaq ki, İsrail polisi 14 iyul tarixində Əl-Əqsa məscidində namaz qılmağa çalışan 3 nəfər fələstinli gənci öldürmüş, buna cavab olaraq, fələstinli silahlılar 2 yəhudi polisi qətlə yetirmişdi. O gündən indiyədək, İsrail polisi Əl Əqsa məscidində namaz qılınmasına qadağa tətbiq edir.

Başda Türkiyə olmaqla, dünya ölkələrinin sərt reaksiyası ilə qarşılanan İsrail hökuməti bu gün səhərdən etibarən qadağanı az da olsa yumuşaldıb. Buna baxmayaraq, hələ də müsəlmanların namaz qılmasına əngəllər törədilməyə davam edilir.

Xəbər lenti
0