Fətullah Gülən 15 iyul çevriliş cəhdinin arxasında duranları açıqladı

© REUTERS / Charles MostollerFətullah Gülən, 29 iyul 2016-cı il
Fətullah Gülən, 29 iyul 2016-cı il - Sputnik Azərbaycan
Abunə olmaq
Rəsmi Ankaranın terror şəbəkəsinin lideri olaraq göstərdiyi şəxs ilginc iddia səsləndirib

BAKI, 19 iyul — Sputnik. Türkiyədəki 15 iyul çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülən, Misirin "Əl-Yavm" qəzetinə sensasion açıqlamalar verib. Sputnik Türkiyə xəbər verir ki, Fətullah Gülən çevrilişin arxasında atatürkçülərin dura biləcəyini iddia edib.

"Bu çevriliş təşəbbüsünün arxasında millətçi, dünyəvi kəsimlərin olduğunu düşünürəm" — Gülən bildirib.

Türkiyə dövlətinin terror təşkilatının lideri olaraq gördüyü F.Gülən, ABŞ prezidenti Donald Trampın onu Türkiyəyə ekstradisiya etməsi halında, qaçmayacağını və Ankaraya gedəcəyini söyləyib.

Xəbər lenti
0