Bütün Ərəbistan bu qızı axtarır

© Sputnik / Yevgeny Biyatov / Mediabanka keçidQısa paltar geyinmiş qadın, arxiv şəkli
Qısa paltar geyinmiş qadın, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sosial şəbəkələrdə insanların bir qismi onu cəsurluğuna görə tərifləyir, digərləri isə İslam qaydalarını pozduğuna görə sərt cəzalandırmağı tələb edir

BAKI, 18 iyul — Sputnik. Səudiyyə Ərəbistanı hökuməti mini-ətək və qısa kofta geyən, çəkildiyi videonu isə internetdə yayan qadını axtarır. Sputnik Azərbaycan bu barədə BBC News-ə istinadən məlumat yayıb.

“Xulud” ləqəbli qadının “Snapchat”da yerləşdirdiyi videoda qadının Avropa sayağı geyim geydiyi və tarixi Necdə qalasının boş küçələrində addımladığı görünür. Bu video Səudiyyə Ərəbistanında ciddi reaksiyaya səbəb olub. Sosial şəbəkələrdə insanların bir qismi onu cəsurluğuna görə tərifləyir, digərləri isə İslam qaydalarını pozduğuna görə sərt cəzalandırmağı tələb edirNecdə sakinləri əyalətin qubernatorunu qadını tapıb məsuliyyətə cəlb etməyə çağırıblar.

Səudiyyəli qadınlar abayya (qolları olan uzun don) geyməlidirlər. Bundan əlavə, qadınlar saçlarını və özlərini də gizlədirlər.

Xəbər lenti
0