07:22 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
DÜNYA
Qısa URL
129

Şirkət artıq ləğv olunma prosesinə daxil olduğunu bəyan edib

BAKI, 17 iyul — Sputnik. Türkiyəli iş adamı Hakan Uzanın 4 ay bundan öncə çinli biznesmendən aldığı məşhur lyuks mobil telefon markası "Vertu"nun ləğv olunacağı bildirilib.

“Report”un "Haberler" saytına istinadən verdiyi xəbərə görə, brilyant və qiymətli metallarla işlənib hazırlanan telefonlar istehsal edən "Vertu" son zaman maliyyə problemləri ilə üzləşmişdi. H.Uzan 1,9 mlrd. funt sterlinq yatırımla şirkəti iflasdan qurtarmağa çalışsa da, 128 mlrd. funt sterlinq büdcə kəsiri buna imkan verməyib. Şirkət "Vertu"nun artıq ləğv olunma prosesinə daxil olduğunu bəyan edib.

Qeyd edək ki, "Vertu" 1998-ci ildə "Nokia" şirkəti tərəfindən qurulub.

Əlaqədar

2017-ci ilin ən yaxşı telefonu budur
Bu telefonlarda "WhatsApp" işləməyəcək
Sahibini üzdən tanıyan telefonlar gəlir
Teqlər:
Vertu, mobil telefon, iflas, borc, Nokia, funt sterlinq

Əsas mövzular