16:59 25 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0226
  • EUR2.0705
DÜNYA
Qısa URL
43601

Məlum olub ki, qadının gözündə 27 linza var, halbuki, qadın bunu heç özü hiss etməyib

BAKI, 16 iyul — Sputnik. Göz həkimi britaniyalı təqaüdçünün gözündə 27 linza aşkarlayıb. AzNews.az xəbər verir ki, təqaüdçü linzanı çıxarmağı unudaraq növbəti linzanı taxıb.

Yaşlı qadın katarakt əməliyyatı üçün həkimə müraciət edib. Həkim xəstəyə ilkin baxış zamanı göz almasının üzərində mavi pərdə olduğunu görüb.

Məlum olub ki, qadının gözündə 27 linza var, halbuki, qadın bunu heç özü hiss etməyib. İlkin müayinə zamanı həkim onlardan 17-sini götürə bilib. İkinci baxış zamanı isə artıq digər 10-nu da götürüb.

67 yaşlı qadının gözündə güclü qaşınma olub. Sonradan məlum olub ki, yaşlı qadın həmin linzaları 35 il imiş gözündə gəzdirirmiş. Qadının gözündən linzalar çıxarıldıqdan sonra onun gözündə bərpa prosesləri gedib. Beləliklə, əməliyyat təxirə salınıb.

Əlaqədar

Gözünü nurunu itirsə də, qabiliyyəti ilə hər kəsi heyran edir

Əsas mövzular