Kişiləri qadınlardan "mühafizə" etmək üçün xüsusi otaqlar ayrılıb

© Photo : ThepaperÇinin ticarət mərkəzlərindən birində xüsusi mühafizə kamerası
Çinin ticarət mərkəzlərindən birində xüsusi mühafizə kamerası - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq onlarla kişi bu kameraların qonağı olub

BAKI, 16 iyul — Sputnik. Çinin ticarət mərkəzlərindən birində xüsusi mühafizə kamerası yaradılıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, bu mərkəzə gələn qadınlar alış-veriş müddətində öz həyat yoldaşlarını bu otaqda saxlaya bilərlər.

Bu otaqlarda hər bir ziyarətçi üçün xüsusi şüşədən ayrı kameralar düzəldilib. Kişilər bu şüşə kameralarda 90-cı illərin oyunlarını oynaya bilərlər. Ticarət mərkəzindən verilən məlumata görə, bu kameralar ilk 3 ayı pulsuz xidmət göstərəcək.

Yeri gəlmişkən, artıq onlarla kişi bu kameraların qonağı olub. Kamerada "Tekken 3" oyunu oynayan ziyarətçilərdən biri bildirib ki, saatlarla qadının alış-veriş etməsini gözləməkdənsə və yaxud onun arxasınca mağazaları gəzməkdənsə, elə bu kamerada sakitə oyun oynamaq yaxşıdır.

Otaqlarda kondisioner də olduğu üçün, kişilər "mühafizə otağına" xüsusi maraqlıdırlar.

Xəbər lenti
0