II Dünya Müharibəsindən qalma əfsanə dənizin dibindən çıxarıldı

© Sputnik / Bogdan Khmelnitsky / Mediabanka keçidАмериканский танк "Шерман" подняли со дна Баренцова моря
Американский танк Шерман подняли со дна Баренцова моря - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda Barents dənizindən bir neçə zirehli avtomobili çıxarmaq üçün işlər davam etdirilir

BAKI, 15 iyul — Sputnik. Rusiyada Barens dənizinin dibindən II Dünya Müharibəsi dövründən qalma, ABŞ istehsalı olan "Şerman" tankı çıxarılıb. Sputnik Azərbaycan türk mətbuatına istinadla xəbər verir ki, tankların 1945-ci ildə batan "Tomas Donaldson" nəqliyyat gəmisinin anbarında olduğu müəyəynləşdirilib.

Mütəxəssislərin sözlərinə görə, bu son illərdə bu gəmidən çıxarılan 4-cü tankdır. Hazırda Barens dənizindən bir neçə zirehli avtomobili çıxarmaq üçün işlər davam etdirilir.

1945-ci ilin mart atında Rusiyanın Murmansk şəhərinə gedən gəmi Kolsk Körfəzində Kildin adası yaxınlığında batırılıaraq 60 metr dərinliyə gömülmüşdü. Hazırda mütəxəssilər tank üzərində araşdırma aparır.

Xəbər lenti
0