21:53 01 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
27710

Baş verən hadisənin ucu Bakıyadək uzanır

BAKI, 14 iyul — Sputnik. Qeyri-leqal yolla Suriyaya keçmək istəyən rusiyalı ailə Türkiyədə saxlanılıb. Sputnik Azərbaycan RT-yə istinadla xəbər verir ki, Saratov vilayətinin sakini Svetlana Uxanova iki uşağı və vətəndaş nikahında yaşadığı əri Yevgeni Kaaçari ilə birlikdə Türkiyədə saxlanılıb. Onlar qeyri-qanuni yolla Türkiyə sərhəddindən Suriyaya keçməyə cəhd edirmiş.

Radikal qruplaşmaya qoşulmağa cəhddə ittiham edilən ailə Antakya şəhərindəki miqrasiya həbsxanasına göndərilib. Artıq bir aya yaxındır ki, qohumları saxlanılan şəxsləri axtarır. Onları axtarışa Svetlananın keçmiş əri Sergey Uxanov verib. Uxanov bildirib ki, onların birgə iki uşağı var və Svetlana onu aldadaraq uşaqlarını götürüb aparıb.

Uxanovun sözlərinə görə, iyunun ortalarında Svetlana vətəndaş nikahında yaşadığı əri və iki uşağı ilə birlikdə xalası qızının yaşadığı Ankara şəhərinə istirahətə getdiyini bildirib. Lakin onlar Ankaraya yox, İstanbula gediblər. Bundan sonra onlarla əlaqə itib.

Qohumlarının dediyinə görə, Svetlana son zamanlar tamamilə dəyişib. İslam dinini qəbul edib və dinin radikal cərəyanına heyranlığını gizlətməyib. Bu isə onun əri ilə münasibətlərinin korlanmasına və ayrılığa səbəb olub. 

Sergey Uxanov müəyyən edib ki, Svetlananı Suriya-Türkiyə sərhəddini saxta sənədlərlə keçməyə cəhd edərkən saxlayıblar və oradan İstanbula göndəriblər. Svetlana əri və qızları ilə birlikdə İstanbuldan Bakıya getməyə cəhd edib.

"İyulun 7-də biz aeroportda bir qrup adamın içində nəvələrimizi gördük. Yoldaşım qaçaraq dərhal nəvəmizin əlindən tutdu. Svetanın anası onunla danışmaq üçün Svetanı yana çəkdi. Elə bu vaxt dərhal uşağı bizdən aldılar" — deyə Sergeyin atası Valeri Uxanov bildirib.

Svetlana Rusiyaya qayıtmaqdan imtina edib, bildirib ki, onu aeroportda dərhal həbs edəcəklər. Valerinin sözlərinə görə, sonra Svetanı uşaqları və vətəndaş nikahında yaşadığı əri ilə birlikdə Türkiyə polisinin əməkdaşları tutublar və naməlum istiqamətə aparıblar. Sonra məlum olub ki, ailəni elə həmin gecə ölkənin cənubunda — Suriya sərhəddinə yaxınlıqda yerləşən Antakya şəhərinə aparıblar. Svetlananın keçmiş əri və anası ora uçublar ki, qızları götürsünlər. Lakin Türkiyə tərəfi bildirib ki, uşaqlar anaları ilə qalmaq istəyirlər. 

Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz bildirib ki, Türkiyə-Suriya sərhəddində saxlanılan ailə ilə bağlı gələn həftə tərəflər arasında məsləhətləşmə olacaq. "Bu məsələ məhkəmə-hüquq müstəvisində həll olunmalıdır. Onu deyə bilərəm ki, gələn həftə konsulluq məsələsi ilə bağlı məsləhətləşmə olacaq və danışıqlarda bu məsələ də qaldırılacaq" — deyə səfir bildirib.

Daha əvvəl isə Rusiyanın Ankaradakı səfirliyinin mətbuat attaşesi Aleksandr Leşukov bildirmişdi ki, səfirlik Türkiyənin səlahiyyətli orqanlarından ölkə ərazisindəki Uxanova, onun əri və uşaqları barədə onlara məlumat verməyi xahiş etmişdi. 

Xatırladaq ki, Rusiya səfirliyi Türkiyənin səlahiyyətli orqanlarına müraciət edərək ölkə ərazisinə daxil olan ruslarla bağlı onlara məlumat verməyi xahiş edib. Deportasiya haqqında qərar qəbul olunduqdan sonra diplomatlar həmin vətəndaşları Rusiya ərazisinə deportasiya edir.

Qeyd edək ki, 4 iyun 2015-ci il tarixində Türkiyə-Suriya sərhəddini qanunsuz olaraq keçməyə cəhd göstərən rusiyalı tələbə Varvara Karaulova saxlanılmışdı. O, özünün həqiqi ad və soyadını dəyişərək sənədlərdə Aleksandra İvanova göstərmişdi. Onunla birlikdə terrorçulara qoşulmaq arzusu olan daha 13 Rusiya vətəndaşı tutulmuşdu. Qız bildirmişdi ki, Suriyaya sevgilisinin yanına gedir və cihadda iştirak etmək niyyəti yoxdur. 2016-cı ilin dekabrında Moskvanın hərbi dairə məhkəməsi onu 4,5 il müddətinə azadlıqdan məhrum etmişdi.

Əlaqədar

Müharibə Suriya üzərindən başqa bir ölkəyə daşına bilər
BMT Suriyadakı atşkəsi dəstəklədi
Suriyada terror aktı nəticəsində 4 nəfər ölüb
Suriyanın bölüşdürülməsi planı razılaşdırıldı, pay bölgüsündə PKK da var
Rusiya: ABŞ və İŞİD Suriyada razılığa gəlib
Teqlər:
Valeri Uxanov, Hüseyn Diriöz, Aleksandr Leşukov, Varvara Karaulova, Sergey Uxanov, Svetlana Uxanova, Saratov vilayəti, Ankara, İstanbul, Moskva, Suriya, Türkiyə

Əsas mövzular