Ölkənin əsas simvolu Donald Trampa görə iki günlük bağlandı

© REUTERS / Michel EulerDonald Tramp Fransada, arxiv şəkli
Donald Tramp Fransada, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Fransa prezidenti Emmanuel Makron və xanımı ABŞ rəhbəri Donald Tramp və həyat yoldaşı ilə Eyfel qülləsində yerləşən restoranda nahar və şam yeməyi yeyəcəklər

BAKI, 13 iyul — Sputnik. Fransanın paytaxtı Parisin əsas simvolu olan Eyfel qülləsi Donald Trampın səfəri ilə əlaqədar 2 gün ziyarətçilərə bağlı olacaq. Sputnik Azərbaycan "The Guardian"-a istinadən xəbər verir ki, qüllə 13-14 iyul tarixlərində qapalı olacaq.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron və xanımı ABŞ rəhbəri Donald Tramp və həyat yoldaşı ilə Eyfel qülləsində yerləşən restoranda nahar və şam yeməyi yeyəcəklər.

Xəbər lenti
0