Türkiyədə İŞİD terrorçuları ilə şiddətli qarşıdurma olub

© Photo : "Sözcü" qəzeti Türkiyənin Konya şəhərində İŞİD terrorçuları öldürülüb
Türkiyənin Konya şəhərində İŞİD terrorçuları öldürülüb - Sputnik Azərbaycan
Abunə olmaq
Qarşıdurma zamanı 5 terrorçu öldürülüb, 5 polis də yaralanıb

BAKI, 12 iyul — Sputnik. Türkiyənin Konya şəhərində İŞİD terrorçuları ilə polis arasında atışma yaşanıb. Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir ki, hadisə polisin İŞİD üzvlərinin yaşadığı mənzilə basqın elədiyi əsnada baş verib.

Məlumata görə, 5 terrorçu öldürülüb, 5 polis isə yüngül dərəcədə xəsarət alıb. Yaralı polislər təcili yardım maşınları ilə Konya Təhsil və Araşdırma Xəstəxanasına çatdırılıb.

Xəbər lenti
0