27 milyard dollarını xeyriyyəyə yönəldən zəngin

© Sputnik / Murad OrujovДоллары США
Доллары США - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyanın 4-cü varlı adamı xeyriyyə cəmiyyətlərinə 27 mlrd. dollar hədiyyə verib

BAKI, 11 iyul — Sputnik. Dünyada 76,3 mlrd. ABŞ dolları vəsaitlə 4-cü ən zəngin insan olan amerikalı investor Uorren Baffet 2006-cı ildən indiyədək 27,54 mlrd. dolları vəsaitini müxtəlif xeyriyyə cəmiyyətlərinə bağışlayıb.

"Report" xəbər verir ki, "Berkshire Hathaway" şirkətinin sahibi, qurucusu və baş icraçı direktoru olan 86 yaşındakı U.Buffet ən son öz şirkətinin 3,17 mlrd. dollarlıq səhmlərini 5 müxtəlif xeyriyyə cəmiyyəti arasında paylaşdırıb.

O, son 11 ildə ən çox ianəni dostu Bil Geytsin (Bill Gates) cəmiyyətinə verib. "Bill and Melinda Gates Foundation"a ianənin həcmi 21,9 mlrd. dollar təşkil edib. İanələrdən sonra U.Buffetin şirkətindəki payı 17%-ə enib. Bağışladığı vəsaitin həcmi isə şirkətin 40%-ni təşkil edib.

Ümumiyyətlə, U.Buffet ianə hərəkatını 2010-cu ildə başlayıb və ona bu günədək 21 ölkədən 170 zəngin qoşulub.

Xatırladaq ki, bir qədər əvvəl "Facebook"un qurucusu Mark Tsukerberq (Mark Zuckerberg) həyatda ikən şirkətinin səhmlərinin 99%-ni bağışlamaq qərarına gəlib. O, həyat yoldaşı ilə yeni doğulan övladına atdığı bu addımla bağlı təsirli məktub yazıb saxlayıb.

Xəbər lenti
0