11:10 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Amerika Birləşmiş Ştatlarının dövlət katibi Reks Tillerson

Qətər böhranında gözlənilməz dönüş

© AP Photo / Alexander Zemlianichenko
DÜNYA
Qısa URL
150 0 0

Reks Tillerson, Səudiyyə Ərəbistanı liderliyindəki bəzi ərəb dövlətlərinin Qətərlə əlaqələri kəsməsinə münasibət bildirib

BAKI, 11 iyul — Sputnik. Amerika Birləşmiş Ştatlarının dövlət katibi Reks Tillerson, Qətərə səfər edib. Amerikalı diplomat paytaxt Dohada Qətər və Küveytin xarici işlər nazirləri ilə görüşüb. Daha sonra ABŞ-la Qətər arasında terrorizmlə mübarizə sahəsində birgə bəyanat imzalanıb.

Sputnik Azərbaycan "CNN"-ə istinadən xəbər verir ki, görüşdən sonra jurnalistlərə açıqlama verən Tillerson, Səudiyyə Ərəbistanı liderliyindəki bəzi ərəb dövlətlərinin Qətərlə əlaqələri kəsməsinə münasibət bildirib.

"Qətərin mövqeyi açıqdır. Terroru heç bir zaman maliyyələşdirmədiyini bildirir. Və mən rəsmi Dohanın fikrinin dəqiq olduğunu düşünürəm" — dövlət katibi qeyd edib.

Xatırladaq ki, iyunun əvvəlində Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətəri terrorizmə dəstək verməkdə və onların daxili işlərinə müdaxilə etməkdə ittiham edərək Doha ilə diplomatik əlaqələri kəsdiklərini açıqlayıb. Bunun ardından əmirliyə qarşı iqtisadi sanksiyalar və nəqliyyat blokadası tətbiq olunub. Qətər hakimiyyəti isə öz növbəsində, baş verənlərdən təəssüfləndiyini və xarici tərəfdaşlarının qərarlarının əsassız olduğunu bildirib.

Əsas mövzular