Tramp Mosuldakı qələbəyə münasibət bildirdi

© REUTERS / Yuri GripasПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp: "Terrorçuların İraq və Suriyada sayılı günləri qalıb"

BAKI, 11 iyul — Sputnik. "Mosulda İraq ordusunun əldə etdiyi zəfər göstərir ki, İŞİD terrorçularının sayılı günləri qalıb". Sputnik Azərbaycan "News24"-ə istinadən xəbər verir ki, bunu Birləşmiş Ştatlar prezidenti Donald Tramp deyib.

"Mən İraq ordusunu təbrik edirəm. İŞİD-in vaxtilə öz qondarma xilafətini elan etdiyi şəhərdə əldə edilən qələbə sübut edir ki, terrorçuların İraq və Suriyada sayılı günləri qalıb. Biz İŞİD-in tam məhv olması üçün var gücümüzlə çalışacağıq" — prezident bildirib.

Xəbər lenti
0