G20 sammitində Donald Trampla bağlı maraqlı olay

© REUTERS / Jim BourgABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Ağ Ev: İvanka əsas masada prezidentin yerini qısa müddətə tutub

BAKI, 8 iyul — Sputnik. ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp Hamburqda keçirilən G20 sammiti zamanı görüşlərin birində atasını əvəz edib.

Bu barədə "Report" xarici KİV-ə istinadən xəbər verir.

Ağ Evdən məsələyə aydınlıq gətirərkən bildiriblər ki, İ.Tramp arxa planda olub, sadəcə, dövlət başçısı iclası tərk etməli olduğu məqamda əsas masada prezidentin yerini qısa müddətə tutub.

"Digər dövlət və hökumət başçıları da iclas zalını tərk edərkən onların yerini kimsə tutub" — Ağ Evdən vurğulayıblar.

Xəbər lenti
0