Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ərdoğan-Putin görüşü başladı

© Photo : Kayhan Ozer/Presidential Palace/Handout via REUTERSHamburqda Ərdoğan-Putin görüşü
Hamburqda Ərdoğan-Putin görüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşdə Suriya və Ukrayna məsələlərinin müzakirə olunacağı bildirilir

BAKI, 8 iyul — Sputnik. Almaniyanın Hamburq şəhərində davam edən G-20 sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.

Sputnik Türkiyə xəbər verir ki, liderlərin "Messe" Konfrans salonunda reallaşan görüşünə, Türkiyə tərəfdən Baş nazirin köməkçisi Mehmet Şimşek, xarici işlər naziri Mövlud Çavuşoğlu, iqtisadiyyat naziri Nihat Zeybekci, enerji və təbii sərvətlər naziri Berat Albayrak, Milli Kəşfiyyat İdarəsinin rəhbəri Hakan Fidan  və Ərdoğanın sözçüsü İbrahim Kalın da qatılıb.

Görüşdə Suriya və Ukrayna məsələlərinin müzakirə olunacağı bildirilir.

Xəbər lenti
0