Prezident rüşvətlə əlaqədar naziri vəzifədən azad etdi

CC0 / janeb13 / moneyRüşvət
Rüşvət - Sputnik Azərbaycan
Abunə olmaq
Türkmənistan dövlət başçısı korrupsiya ilə əlaqədar tikinti və memarlıq nazirini vəzifəsindən azad edib

BAKI, 8 iyul — Sputnik. Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov ölkənin tikinti və memarlıq naziri Çarı Atayevi işində yol verdiyi ciddi nöqsanlara və rəhbər kimi özünü doğrultmadığına görə tutduğu vəzifədən azad edib.

"Report" xəbər verir ki, dövlət başçısı bu qərarını hökumətin 2017-ci ilin birinci yarısının yekunlarına həsr olunan geniş tərkibli iclasında açıqlayıb.

İclas zamanı iqtisadi cinayətlərə qarşı mübarizə üzrə Dövlət Xidmətinin rəisi Mammetxan Çakıyev çıxış edərək Tikinti və Memarlıq Nazirliyi sistemində korrupsiya cinayətinin aşkarlandığını qeyd edib.

M.Çakıyevin sözlərinə görə, bu cinayətlərdə nazirin müxtəlif vəzifələrə təyin etdiyi və nazirliyin sifarişi ilə tikinti işləri görən özəl şirkətlərdən rüşvət alan yaxın adamları iştirak edib.

Q.Berdıməhəmmədov nazirin vəzifəsindən azad edilməsi haqqında sərəncamı imzalayarkən Türkmənistanda heç vaxt rüşvətə yer olmayacağını bildirib.

Xəbər lenti
0