BAKI, 7 iyul — Sputnik. Britaniya musiqisinin əfsanəsi olan, dünyada ən çox tanınan rok-qrup "The Beatles"-ın həyatda qalan 75 yaşlı üzvü Paul Mak Kartni ötən gün London metrosunda görüntülənib. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, onu metroda görənlər müğənninin şəkillərini gizlicə çəkərək sosial şəbəkələrdə paylaşıblar. Vaqonun bir küncündə əyləşərək jurnal oxuyan müğənni rahat hərəkətləri ilə diqqət çəkib.

Qeyd edək ki, Paul Mak Kartninin illik gəliri 54 milyon dollardır.