Əfsanəvi müğənnini metroda gördülər və...

© AP Photo / Chris PizzelloPaul Mak Kartni
Paul Mak Kartni - Sputnik Azərbaycan
Abunə olmaq
Onun illik gəliri 54 milyon dollardır

BAKI, 7 iyul — Sputnik. Britaniya musiqisinin əfsanəsi olan, dünyada ən çox tanınan rok-qrup "The Beatles"-ın həyatda qalan 75 yaşlı üzvü Paul Mak Kartni ötən gün London metrosunda görüntülənib. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, onu metroda görənlər müğənninin şəkillərini gizlicə çəkərək sosial şəbəkələrdə paylaşıblar. Vaqonun bir küncündə əyləşərək jurnal oxuyan müğənni rahat hərəkətləri ilə diqqət çəkib.

© Photo : MilliyetPaul Mak Kartni London metrosunda
Paul Mak Kartni London metrosunda  - Sputnik Azərbaycan
Paul Mak Kartni London metrosunda

Qeyd edək ki, Paul Mak Kartninin illik gəliri 54 milyon dollardır.

Xəbər lenti
0