İl ərzində dünyada həlak olan miqrantların sayı bilindi

© AFP 2023 / DENIS CHARLETМигранты во Франции
Мигранты во Франции - Sputnik Azərbaycan
Abunə olmaq
Bu barədə Miqrasiya üzrə Beynəlxalq Agentlik açıqlama yayıb

BAKI, 4 iyul — Sputnik. Bu ilin əvvəlindən bəri dünyada 3 mindən çox miqrant və qaçqın həyatını itirib.

Bu barədə Miqrasiya üzrə Beynəlxalq Agentlik açıqlama yayıb.

Bu ilin ötən dövrü ərzində dəniz yolu ilə Avropaya 101 min 210 miqrant və qaçqın gəlib. Onların 85 faizi İtaliya, qalanları Yunanıstan, Kipr və İspaniya üzərindən Avropaya keçib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfə azdır. Bu müddət ərzində Aralıq dənizində 2 min  247 miqrant və qaçqın ölüb. Bu ilin əvvəlindən indiyə qədər dünya üzrə ölən və İtkin düşən miqrant və qaçqınların sayı isə 3 min 47 nəfərdir.

Xəbər lenti
0