Donald Trampın videosu şok effekti yaradıb

© REUTERS / Jim BourgABŞ prezidenti Donald Tramp
ABŞ prezidenti Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident rəsmi "Twitter" hesabından bütün Amerikanı şoka salan video paylaşıb

BAKI, 3 iyul — Sputnik. ABŞ prezidenti Donald Tramp, rəsmi "Twitter" hesabından bütün Amerikanı şoka salan video paylaşıb. Sputnik Azərbaycan bu barədə "Telegraph"-a istinadən xəbər verir.

Ötən həftənin əvvəlindən etibarən sosial şəbəkədə mediaya qarşı qalmaqallı statuslar yazan prezident, bu dəfə daha da irəli gedib. Belə ki, Trampın yaydığı, montaj olunmuş videoda, özünün "CNN" telekanalı ilə güləşdiyi əks olunub.

Donald Trampın paylaşımını şərh edən televiziya ekspertləri, buna şiddətə açıq dəvət kimi izah veriblər. Qeyd edək ki, Tramp prezident seçiləndən sonra, "yalançı xəbər şirkəti" adlandırdığı CNN-i ictimaiyyət qarşısında dəfələrlə hədəf alıb.

Xəbər lenti
0