03:24 08 İyul 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
DÜNYA
Qısa URL
19 0 0

ABŞ Dövlət Departamentinin Tayvana 1,3 milyard dollarlıq silah satışını təsdiqlədiyi bildirilib

BAKI, 30 iyun — Sputnik. ABŞ Dövlət Departamentinin Tayvana 1,3 milyard dollarlıq silah satışını təsdiqlədiyi bildirilib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, amerikalı yüksək səviyyəli rəsmi şəxs Dövlət Departamentinin Tayvan hökumətinə 1,3 milyard dollarlıq silah satışını təsdiqlədiyini, satış ilə bağlı Konqresin məlumatlandırıldığını deyib.

Adının açıqlanmasını istəməyən səlahiyyətli deyib ki, ABŞ-ın uzun illərdir davam etdirdiyi siyasətə görə, Tayvana silah satışı qərarı Tayvanın müdafiə ehtiyacları nəzərə alınaraq verilib.

Satışın detallarına girmək istəməyən səlahiyyətli, paketin, Tayvanın müdafiə sistemlərinin rəqəmsala çevrilməsi daxil, modernizasiyasını da ehtiva etdiyini qeyd edib.

ABŞ rəhbərliyinin Tayvanın təhlükəsizliyinə əhəmiyyət verdiyini vurğulayan səlahiyyətli şəxs, Tayvana edilən silah satışlarının bölgədəki sülh və sabitliyə töhfə verəcəyini müdafiə edib.

ABŞ prezidenti Donald Trampın daha əvvəl Tayvan liderinə telefonla zəng etməsi, Pekin ilə Vaşinqton arasında münasibətləri gərginləşdirmişdi. Bu satışın iki ölkəni qarşı-qarşıya gətirə biləcəyi bildirilir.

Əlaqədar

Rusiyadan ABŞ-a son xəbərdarlıq
Sabahdan etibarən ABŞ müsəlmanlara qarşı yeni qaydalar tətbiq edəcək
ABŞ-da Müqəddəs Quran təhqir olundu
Teqlər:
ABŞ Dövlət Departamenti, ABŞ prezidenti Donald Tramp, Pekin, Tayvan, Vaşinqton, ABŞ

Əsas mövzular