Azyaşlı qız ana oldu

© Sputnik / Igor ZaremboНоворожденный ребенок, фото из архива
Новорожденный ребенок, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Uşağı qarın ağrısı şikayəti ilə həkimə gətirən valideynlər şoka düşüblər

BAKI, 29 iyun — Sputnik. Türkiyədə 11 yaşlı qız ana olub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Diyarbəkirdə qeydə alınıb.

11 yaşlı uşağı valideynləri qarın ağrısı şikayəti ilə həkimə gətiriblər. Uşağın vəziyyətindən şübhələnən həkim, hamiləlik testi etdirib və müəyyən olub ki, 11 yaşlı qız 37 həftəlik hamilədir.

Qeysəriyyə əməliyyatı ilə uşağı dünyaya gələn qızın, cinsi təcavüzə məruz qaldığı məlum olub. Ana və uşaq sosial xidmətlər tərəfindən nəzarətə götürülüb. 11 yaşlı ananın valideynləri isə polisə izahat verməli olublar.

Xəbər lenti
0