01:14 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Hollandiyada məscidə göndərilmiş təhdid dolu məktub və oyuncaq avtomobil

Məscidə təhdid məktubu göndərildi

Yenisafak.com
DÜNYA
Qısa URL
40 0 0

Hollandiya müsəlmanlarını hədələyiblər

BAKI, 28 iyun — Sputnik. Hollandiyada Lahey şəhərində yerləşən əs-Sonnah məscidinə islamofob və irqçi ifadələrdən ibarət təhdid məktubu göndərilib.

Sputnik Azərbaycan türk mətbuatına istinadən xəbər verir ki, məktubda “bu avtomobil məktəbə və yaxud məscidə çırpıla bilər. Bunu unutma. Hər həftə fərqli bir avtomobilin sizə hücum etməsi oyanmağınıza səbəb olacaq. Diqqətli olun” ifadələri yer alıb. 

Bu barədə məscidinin faсebook səhifəsində məlumat verilib. Məktubla yanaşı oyuncaq avtomobilin göndərildiyi də bildirilib. Məscidin facebook səhifəsində həmçinin qeyd edilib ki, bu, məscidə göndərilən ilk təhdid dolu məktub deyil. 

Məscidin axundu Əbdülhəmid Tahiri açıqlamasında bildirib ki, əslində məktub keçən həftənin cümə günü  göndərilib: “Özümüz bilərəkdən bu barədə məlumat verməmişdik. Bilirsiniz ki, Ramazan ayında və bayramlarda məscidlərə kütləvi axın olur. Buna görə də insanlarda qorxu yaratmamaq üçün susurduq. Ancaq düşünürük ki, kimsə bunun məsuliyyətini öz boynuna götürməlidir. Buna görə də məktub barədə açıqlama verməyi qərarlaşdırdıq”. 

Tahiri həmçinin qeyd edib ki, bu barədə polisə və bələdiyyəyə məlumat verilib.

Əlaqədar

"Facebook"un sahibindən müsəlmanlara misilsiz jest
ABŞ-da məscidə gedən müsəlman qızı öldürdülər
Azərbaycan Prezidenti müsəlman ölkələrin səfirlərini bir araya topladı

Əsas mövzular