CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Meşə yanğınları nəticəsində 2 min nəfər evini tərk etdi

© AFP 2016/ Josh EdelsonЛесной пожар. Архивное фото
Лесной пожар. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Külək və isti havanın təsiriylə sürətlə yayılan yanğına görə ətrafdakı bəzi yolları bağlanılıb, Matalascanas məskunlaşma bölgəsində olan təxminən 50 min nəfərin səyahət etməsinə icazə verilməyib

BAKI, 27 iyun — Sputnik. İspaniyada baş verən meşə yanğınları nəticəsində iki min nəfər evini tərk edib.

Sputnik Azərbaycan “Milliyet”ə istinadla xəbər verir ki, İspaniyanın cənub-qərbindəki Moguer bölgəsi ətrafında iki gündür davam edən meşə yanğınları nəticəsində 2 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Külək və isti havanın təsiriylə sürətlə yayılan yanğına görə ətrafdakı bəzi yolları bağlanılıb, Matalascanas məskunlaşma bölgəsində olan təxminən 50 min nəfərin səyahət etməsinə icazə verilməyib. 

1914-cü ilin avqustu, Sankt-Peterburq. Birinci dünya müharibəsi zamanı səfərbərlik - Sputnik Azərbaycan
Böyük yanğın üçün kiçik qığılcım

Bölgədə yaşayan vətəndaşlara və turistlərə tüstüdən təsirlənməmək üçün çölə çıxmamaları və pəncərələrini açmamaları tövsiyə edilib.

Xilasetmə işlərinə hərbçilər də qatılıb.

Hökumət rəsmiləri yanğın səbəbiylə 1 nömrəli həyəcana keçdiklərini söyləyib. 

İlkin məlumatlara görə yanğının insani səbəblərdən baş verdiyi açıqlanıb. 

Xəbər lenti
0