11:10 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Qatar

ABŞ: Qətərin 4 ərəb ölkəsinin tələblərini qarşılaması çətindir

© Sputnik / Vitaly Belousov
DÜNYA
Qısa URL
26 0 0

Dörd ərəb ölkəsi Qətəri terroru dəstəkləməkdə günahlandırır, Qətər isə bunu rədd edir

BAKI, 27 iyun — Sputnik. ABŞ-ın dövlət katibi Reks Tillerson dörd ərəb ölkəsinin embarqonu qaldırması üçün Qətərdən tələb etdiyi bəzi şərtlərin həyata keçirilməsinin çətin olduğunu bildirib.

Sputnik Azərbaycan “Milliyet”ə istinadla xəbər verir ki, ancaq Tillerson tələblərin böhranın həlli ilə bağlı dialoq üçün bir təməl təşkil etdiyini vurğulayıb.

Qətərin xarici işlər naziri əvvəlki gün Səudiyyə Ərəbistanı və müttəfiqləri Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin tələb etdiyi 13 şərti rədd etmişdi.

Dörd ərəb ölkəsi Qətəri terroru dəstəkləməkdə günahlandırır, Qətər isə bunu rədd edir. 

Qətər iki həftədən çoxdur ki, daha əvvəl görülməmiş diplomatik və iqtisadi sanksiyalarla qarşı-qarşıyadır. Ölkəyə qida və digər istehlak maddələri Türkiyə və İran tərəfindən təmin edilir.

Dörd ərəb ölkəsi ayrıca Qətərin İranla əlaqələrini azaltması və ölkədəki Türkiyə hərbi bazasının bağlanmasını tələb edir. Keçən Cümə günü açıqlanan tələblərin qarşılanması üçün 10 gün müddət verilmişdi.

Ərəb ölkələri Əl-Cəzirə televiziyasının da bağlanılmasını istəyir.

Tillerson Qətər rəhbərliyinin tələbləri qiymətləndirdiyini və "Problemin həllinə dair dialoq üçün təməl təşkil edən əhəmiyyətli sahələr var" deyib.

Əlaqədar

“Qətər ətrafında baş verən hadisələrdə əsas hədəf Türkiyədir”
ABŞ Qətər sahillərinə döyüş gəmiləri göndərdi
Səudiyyə Ərəbistanından sürpriz Qətər qərarı
Səudiyyə - Qətər gərginliyi pik nöqtəyə çatdı, radikal qərar verildi
Teqlər:
Qətər böhranı, Reks Tillerson, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, İran, ABŞ

Əsas mövzular