Partlayış oldu, polislər yaralandı

© Sputnik / Никита Сергеев / Mediabanka keçidПоследствия обстрела Мариуполя
Последствия обстрела Мариуполя - Sputnik Azərbaycan
Abunə olmaq
Ukraynanın Mariupol şəhərində partlayış olub, 7 polis əməkdaşı yaralanıb

BAKI, 24 iyun — Sputnik. Ukraynanın Mariupol şəhərində DİN-in bazasında partlayış baş verib, 7 polis əməkdaşı yaralanıb.

APA-nın “nv.ua” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Milli Polisinin Donetsk vilayəti üzrə baş idarəsinin rəisi Vyaçeslav Abroskin bildirib.

“Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan 7 polis əməkdaşı xəstəxanaya yerləşdirilib”, polis rəsmisi özünün “Feysbuk” səhifəsində yazıb.

İlkin versiyaya görə, bazada qumbara partlayıb. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Qeyd edək ki, baza hazırda fəaliyyətdə olmayan sanatoriyanın binasında yerləşir.  

Xəbər lenti
0