Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ölkənin ən varlı adamı xəstəxanaya yerləşdirildi

© Aleksandr Imedashvili / Mediabanka keçidБидзина Иванишвили
Бидзина Иванишвили - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstanın keçmiş baş naziri son günlər ictimaiyyət qarşısına çıxmayıb və siyasi səhnədə görünməyib

BAKI, 20 iyun — Sputnik. Gürcüstanın keçmiş baş naziri Bidzina İvanişvili “İşemik şok” (ürəyin işemik xəstəliyi) diaqnozu ilə Almaniyanın Münhen şəhərindəki klinikaların birinə aparılıb.

“Report” xəbər verir ki, bu barədə gürcü mətbuatı məlumat yayıb. 

“Xronika+” qəzetinin baş redaktoru Eliso Kiladze yazır ki, İvanişvili yaxın aylarda cəmiyyətdən tam təcrid olunacaq. Çünki istənilən xoş və ya bədbəxt hadisə, yaxud da xəbər onun vəziyyətini daha da ağırlaşdır bilər və nəticədə xəstə iflic ola bilər.

Xatırladaq ki, son günlər Bidzina İvanişvilinin ağır xəstə olması barədə məlumatlar yayılır. “Rustavi 2” televiziya şirkətinin baş direktoru Nika Qvaramiya da İvanişvilinin ağır xəstə olması barədə məlumat yaymışdı. Lakin İvanişvilinin nümayəndələri Qvaramiyanın sözlərini yalan adlandırmış və hətta baş direktoru təhqir etmişdilər. Parlamentdəki çoxluğu təmsil edən deputatlar da teleşirkət rəhbərinin dediklərini cəfəngiyat adlandırmışdılar. Lakin onların heç biri Bidzina İvanişvilinin xəstə olması barədə suala cavab verməyiblər.

Yalnız keçmiş baş nazirin oğlu Bera İvanişvili “facebook” səhifəsində bəyanat yayaraq atasının sağlam olduğunu, idmanla məşğul olduğunu bildirib.

Bütün bunlara baxmayaraq, İvanişvili son günlər ictimaiyyət qarşısına çıxmayıb və siyasi səhnədə görünməyib.

Xəbər lenti
0