ABŞ İranın yolunu bağladı

© REUTERS / Rodi SaidABŞ hərbçiləri Türkiyə-Suriya sərhəddində
ABŞ hərbçiləri Türkiyə-Suriya sərhəddində - Sputnik Azərbaycan
Abunə olmaq
İraq-Suriya sərhədinə ABŞ xüsusi təyinatlıları yerləşdirildi, beləcə İranın Livana qədər olan dəhlizi kəsilmiş oldu

BAKI, 19 iyun — Sputnik. ABŞ-ın xüsusi təyinatlıları Suriya-İraq arasındakı "El Tanf" sərhəd keçid məntəqəsində yerləşib.

Sputnik Azərbaycan haberler-ə istinadla xəbər verir ki, ABŞ xüsusi təyinatlılarının bir müddət əvvəl İraq təhlükəsizlik gücləri tərəfindən İŞİD-dən geri alınan İraq-Suriya arasındakı sərhəd qapısında yerləşdiyi bildirilib.

6 il sonra İraq ordusunun "El Tanf" sərhəd keçid məntəqəsini İŞİD-dən almasından sonra Suriya və İraq orduları ilk dəfə eyni nöqtədə görüşüb. Belə bir vəziyyət də İranın Livana qədər kəsilməyən bir dəhlizə sahib olması kimi dəyərləndirilib. ABŞ hərbçilərinin sərhəddə yerləşməsi ilə İranın Livana qədər olan dəhlizi kəsilib.

Xəbər lenti
0