Baş nazirdən hərbçilərlə bağlı sensasion açıqlama: qəsdən zəhərlənmə...

© AFP 2023 / ADEM ALTANTürkiyə baş naziri Binəli Yıldırım, arxiv şəkli
Türkiyə baş naziri Binəli Yıldırım, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Baş nazir hadisə ilə bağlı bəzi şübhələrin olduğunu dilə gətirib

BAKI, 19 iyun — Sputnik. Türkiyə baş naziri Binəli Yıldırım bu gün Manisada hərbçilərin zəhərlənməsi ilə bağlı maraqlı açıqlama verib.

Bu barədə Sputnik Azərbaycan türk mətbuatına istinadən məlumat verir.

Məlumata görə, baş nazir hadisə ilə bağlı bəzi şübhələrin olduğunu dilə gətirib. Yıldırım hərbçilərin qəsdən zəhərləndikləri ehtimalının olduğunu deyib. O, bütün variantların araşdırıldığını bildirib.

Baş nazir hadisə ilə bağlı ordunun qidalanma məsələsinə yenidən baxılacağını deyib. Onun sözlərinə görə, yeni şərtləri Milli Müdafiə Nazirliyi açıqlayacaq.

Xatırladaq ki, Manisadakı hərbi hissələrdən birində 731 hərbçi qidadan zəhərlənib. Hadisə ilə bağlı 24 nəfər tutulub.

Xəbər lenti
0