BAKI, 19 iyun — Sputnik. Misir Türkiyənin "Hürriyet" qəzetinin ingilis dilində nəşr edilən "Hurriyet Daily News" internet portalına girişi əngəlləyib. Sputnik Türkiyə xəbər verir ki, bu barədə "Hurriyet Daily News" qəzetinin yayım direktoru Murat Yetkin məlumat verib. O, Misirdən qəzetin internet saytına girişə əngəl törədildiyini bildirib.