ABŞ Qətər sahillərinə döyüş gəmiləri göndərdi

© REUTERS / Jonathan ErnstQatar əmiri Şeyx Tamim bin Həməd Al Tani və ABŞ prezidenti Donald Trump
Qatar əmiri Şeyx Tamim bin Həməd Al Tani və ABŞ prezidenti Donald Trump - Sputnik Azərbaycan
Abunə olmaq
İki ölkə arasında imzalanan 12 milyard dollarlıq razılaşmadan sonra Vaşinqton hərəkətə keçib

BAKI, 16 iyun — Sputnik. ABŞ prezidenti Donlad Trampın Qətəri terrorizmə dəstək verməkdə günahlandırmasına baxmayaraq, ötən günlərdə iki ölkə arasında 12 milyard dollarlıq qırıcı təyyarə razılaşması imzalanıb. Sputnik Azərbaycan Akşam-a istinadla xəbər verir ki, Doha rəhbərliyi Körfəz ölkələri tərəfindən, terrora dəstək vermək ittihamı ilə, ötən həftə embarqoya məruz qalmışdı.

Плакаты на одной ил улиц Дохи, столицы Катара - Sputnik Azərbaycan
Səudiyyə Ərəbistanından sürpriz Qətər qərarı

Qətərdə böyük hərbi bazası olan ABŞ rəhbərliyi, böhranın başlamasından bəri Doha rəhbərliyini günahlandırarkən, ABŞ-ın və Qətərin müdafiə nazirləri Ceyms Mettis və Xalid bin Məhəmməd əl-Atıyey arasında 12 milyard dollarlıq döyüş təyyarəsi razılaşması imzalanıb. Sazişdən sonra açıqlama verən qətərli bir səlahiyyətli isə deyib ki, bu razılaşma ABŞ-ın Qətərə olan dəstəyini sübut edir.

"İki ölkənin əsgərləri qardaş kimidir. ABŞ və Qətər arasındakı bu əlaqə güclü dayaqlara malikdir" — Qətərdən olan yetkili bildirib.

ABŞ Dövlət Departamentinin sözcüsü Heather Nauert də jurnalistlərə verdiyi açıqlamada deyib ki, bu razılaşma Qətərin ABŞ-a olan bağlılığının konkret göstəricisidir. Və iki ölkə arasında imzalanan 12 milyard dollarlıq razılaşmadan sonra ABŞ iki döyüş gəmisini Qətərə göndərərək birgə təlim keçiriləcəyini açıqlayıb.

Xəbər lenti
0