13:05 21 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8968
Pentaqon

ABŞ ərəb böhranı ilə bağlı mövqeyini ortaya qoydu

© Sputnik / David B. Gleason
DÜNYA
Qısa URL
9901

Pentaqon rəhbəri: "Qətərdə ən böyük hərbi bazalarımızdan biri yerləşir, lakin..."

BAKI, 13 iyun — Sputnik. ABŞ-ın müdafiə naziri Cim Mattis Qətər ilə bəzi ərəb ölkələri arasındakı böhrandan danışıb. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Pentaqon rəhbəri, münaqişədə ortaq nöqtənin tapılmasının zərurətini qeyd edib.

Onun sözlərinə görə, ortaq zəmin formalaşdırıb, birlikdə hərəkət etmək lazımdır: "Bu, çətin bir prosesdir, qəbul edirəm. Birlikdə hərəkətə edəcəyimiz halda belə, asan deyil".

Cim Mattis, Birləşmiş Ştatlar Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cozef Danford ilə Nümayəndələr Palatasının Silahlı Xidmətlər Komitəsində 2018-ci il maliyyə ilinin müdafiə büdcəsi haqqında da danışıb. Konqresmen Adam Smit isə, müdafiə nazirinə "ABŞ Qətərə qarşı Səudiyyə Ərəbistanı ilə birlikdə hərəkət etməlidirmi" sualını ünvanlayıb.

Nazir Mattis böhranı çox mürəkkəb olaraq xarakterizə edib və hələ də bölgədə ortaq bir zəminin mümkün olduğunu deyib: "Qətərdə ən böyük hərbi bazalarımızdan biri yerləşir. Qətər ilə qarşılıqlı əməkdaşlığımız var. Təbii ki, hər hansı bir terror qrupuna dəstək verilməsi doğru deyil".

Əlaqədar

Kraldan mühüm Qətər açıqlaması
Qətərin nazir sərt xəbərdarlıq etdi
Mərakeş kralı: "Qətəri zalımlara yem etməyəcəyik"
Rusiya Qətərlə bağlı mövqeyini bildirdi
Qətərin əmiri Ankara səfərinin təxirə saldı, nazirini Moskvaya göndərdi
Bu ölkə Qətərin köməyinə 20 minlik ordu göndərə bilər
Teqlər:
Cim Mattis, müdafiə naziri, ərəb, münaqişə, Pentaqon, Qətər, ABŞ

Əsas mövzular